- 05 Dec 2025
UI GreenMetric 2025 qlobal reytinqinin nəticələrinə əsasən, Bakı Avrasiya Universiteti keçən ilki 1334-cü mövqeyindən 1306-cı yerə yüksələrək ümumi göstəricilərini yaxşılaşdırmışdır.
Reytinq üzrə bal göstəricilərində də ciddi artım müşahidə olunub. Universitetin ümumi balı 2024-cü ildə 2840 olduğu halda, 2025-ci ildə 3945 bal təşkil edib ki, bu da əvvəlki nəticədən əhəmiyyətli dərəcədə yüksəkdir.
Xüsusilə Təhsil və tədqiqat kateqoriyasında universitet 1250 bal toplayaraq keçən ilki göstəricidən demək olar ki, iki dəfə yüksək nəticə əldə etmişdir. Bu artım universitetin ekoloji maarifləndirmə, davamlılıq üzrə tədris və kampus içi ekoloji təşəbbüslərin gücləndirilməsi istiqamətində apardığı tədbirlərin uğurunu ifadə edir.
Universitet rəhbərliyi gələcək illərdə də yaşıl kampus modelinin inkişaf etdirilməsi, ekoloji layihələrin genişləndirilməsi və beynəlxalq reytinqlərdə daha yüksək mövqeyə nail olunması istiqamətində fəaliyyətini davam etdirməyi planlaşdırır.
Bakı Avrasiya Universiteti ümumilikdə 3945 bal toplayaraq altı indeks üzrə aşağıdakı nəticələri əldə edib:
İnfrastruktur - 385
Enerji və iqlim dəyişikliyi - 660
Tullantıların idarəolunması - 575
Su idarəolunması – 387.5
Nəqliyyat – 687.5
Təhsil və tədqiqat - 1250
Qeyd edək ki, 2025 UI GreenMetric reytinqində Azərbaycandan ümumilikdə 19 universitet iştirak edib.




